More

    UEFA Reytinqi: Azərbaycan mövqeyini qorudu

    Avropada baş tutan növbəti böyük futbol günü UEFA ölkələr reytinqini yeniləyib.

    Sport-Az-ın məlumatına görə, UEFA Avropa Liqasının VIII tur oyunları bəzi dəyişikliklərə səbəb olub. Şotlandiya və Danimarka İsveçrədən, İsveç isə Kiprdən önə keçib.

    Buna baxmayaraq, “Qarabağ”ın Yunanıstanda “Olimpiakos”a 0:3 hesablı məğlubiyyəti Azərbaycanın mövqeyinə təsir etməyib. Ölkəmiz 19.625 xalla hələ də 28-ci pillədə qərarlaşıb.

    Cari mövsümdə Azərbaycan 2.875 xallıq qazanc əldə edib. “Zirə” və “Qarabağ”ın payı 1.250, “Sabah”ın 0.250, “Sumqayıt”ın isə 0.125 xal olub.

    Azərbaycanın önündə olan Bolqarıstan (27-ci yer, 19.875 xal) və Sloveniya (29-cu yer, 18.343 xal) mövqelərini qoruyublar.

    UEFA reytinqinin lideri isə İngiltərədir (106.624 xal).

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni