“Real Madrid” və “İnter” klublarının, həmçinin Niderland milli komandasının keçmiş yarımmüdafiəçisi Uesli Sneyder 2010-cu ildə “Qızıl top” mükafatının ona verilməli olduğunu söyləyib.
Sport-az.com xəbər verir ki, “Football Talk” onun sözlərini belə çatdırıb:
“2010-cu ildə ‘Qızıl top’u verməyərək məni qarət etdilər. Amma düzünə qalsa, insanların 14 il sonra da bu barədə danışmasına şadam. Onlar mənim haqq etdiyim mükafatı almadığımı bilir və deyirlər: ‘Ues, səni 2010-cu ildə soydular’.”
Qeyd edək ki, 2009/2010 mövsümündə Sneyder “İnter”lə İtaliya A Seriyasında və Çempionlar Liqasında çempion olmuş, Niderland yığması ilə də DÇ-2010-da böyük uğurlar əldə etmişdi.