Ukraynalı vingerin durumu ağırdır – Rebrov açıqlama verdi

Millətlər Liqasının 4-cü turunda Vrotslavda keçirilən və 1:1 hesabı ilə başa çatan Çexiya – Ukrayna qarşılaşmasında Ukrayna millisinin vingeri Aleksey Qutsulyak ciddi zədə alıb.

Sport-az.com “Sport-az.com”-ə istinadən xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov oyunsonrası mətbuat konfransında futbolçunun vəziyyətinin ağır olduğunu bildirib.

“Bəli, təəssüf ki, Aleksey çox ciddi beyin sarsıntısı keçirdi. Hazırda xəstəxanadadır və vəziyyəti çox ağırdır. Buna görə də o, burada qalacaq. Biz onun üçün dua edirik və gözləyirik,” – deyə Rebrov qeyd edib.

“Polesye” klubunun 26 yaşlı futbolçusu ilk hissədə rəqiblə toqquşmadan sonra meydanı tərk etməli olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni