Universiadada tarix yazan gimnastlarımız Bakıya döndü

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında uğurla çıxış edən bədii gimnastika üzrə qrup hərəkətləri komandası artıq Bakıya qayıdıb.

Sport-az.com xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, digər idmançılar və ailə üzvləri tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Komandamız yarışda 3 medal qazanaraq tarixə düşüb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə:

  • 2 qızıl medal,
  • 1 gümüş medal əldə edib.

Bu nəticə Universiada tarixində bədii gimnastika üzrə qrup yarışlarında Azərbaycanın ilk komandalı medalları kimi yadda qalıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni