More

    “Valensiya”nın 28 Yaşlı Keçmiş Futbolçusu Daşqının Qurbanı Oldu

    İspaniyanın “Valensiya” klubunun keçmiş futbolçusu Xose Kastilexo 28 yaşında dünyasını dəyişib.

    Sport-az.com xəbər verir ki, La Liqa klubunun mətbuat xidməti bu barədə məlumat yayıb. Klubun aşağı yaş qruplarında yarımmüdafiəçi mövqeyində çıxış etmiş Kastilexo, İspaniyada baş verən güclü daşqınlar nəticəsində həyatını itirib. Onun son oynadığı komanda İspaniyanın “Vilamarxant” klubu olub.

    Son məlumatlara əsasən, İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni