More

    Veronika Jilina Azərbaycan yığmasında çıxış edəcək

    Rusiyalı fiqurlu konkisürən Veronika Jilina karyerasını Azərbaycan millisində davam etdirəcək. Sport-Az xəbər verir ki, bu barədə TASS-a məlumat verən mənbə idmançının gələn mövsümdən etibarən Azərbaycanın bayrağı altında yarışacağını bildirib. “Veronika Jilina növbəti mövsümdən Azərbaycan yığmasına keçəcək”, – deyə mənbə qeyd edib.

    Cəmi 17 yaşı olan Jilina tanınmış olimpiya çempionu Yevgeni Pluşenkonun yetirməsidir. O, ötən mövsümdə zədə səbəbindən yarışlarda iştirak edə bilməmişdi. Buna baxmayaraq, 2023-cü ildə Rusiya yeniyetmələr çempionatının gümüş medalını və elə həmin il keçirilən yeniyetmələr arasında Qran-pri finalının qalibi titulunu qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni