More

    Vida zamanı: Luka Modriç “Real Madrid”dən ayrılır

    2018-ci ilin “Qızıl top” sahibi, xorvatiyalı ulduz yarımmüdafiəçi Luka Modriç bu mövsümün sonunda “Real Madrid”dən ayrılır. Klubun rəsmi saytında yayılan açıqlamada Modriçin “Santiago Bernabeu”da son oyununu bu şənbə keçirəcəyi bildirilir.

    “Vəda anı gəlib çatdı”

    Təcrübəli futbolçu azarkeşlərə müraciətində qeyd edib: “Bu anı mümkün qədər təxirə salmağa çalışırdım. Amma həyat kimi, futbol da sonsuz deyil. İndi vidalaşma vaxtıdır”.

    12 il ərzində parlaq karyera

    Modriç 2012/13 mövsümündə “Tottenhem”dən “Real Madrid”ə transfer olunub və klubla tarixi uğurlara imza atıb. Bu illər ərzində o:

    • 4 dəfə La Liqa çempionu,
    • 2 dəfə İspaniya Kubokunun qalibi,
    • 5 dəfə İspaniya Superkubokunun sahibi olub.

    Beynəlxalq arenada isə:

    • 6 dəfə UEFA Çempionlar Liqasını,
    • 5 dəfə UEFA Superkubokunu,
    • 5 dəfə FIFA Klub Dünya Çempionatını,
    • 1 dəfə isə 2024-cü ildə İnterkontinental kuboku qazanıb.

    Rəqəmlərlə Luka Modriç

    “Real Madrid” forması ilə ümumilikdə 590 oyunda iştirak edən Luka Modriç:

    • 43 qol vurub,
    • 95 məhsuldar ötürmə ilə yadda qalıb.

    Hazırda Modriçin gələcəyi barədə konkret məlumat olmasa da, klub rəhbərliyi onunla əlaqəni saxlamaqda maraqlıdır. Məlumata görə, o, 2025-ci ilin iyun ayında keçiriləcək Klub Dünya Çempionatında yenidən “Real” formasını geyinə bilər.

    Bu yaxınlarda o da məlum olub ki, Karlo Ançelotti “Real Madrid”lə vidalaşır və baş məşqçi postunu tərk edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni