İsveçli müdafiəçi Viktor Lindelöf yay transfer pəncərəsində “Mançester Yunayted”i tərk edə bilər. Sport-Az xəbər verir ki, bu barədə Tribal Football portalı məlumat yayıb. Mənbənin məlumatına görə, futbolçu azad agent statusunda “qırmızı şeytanlar”dan ayrılmağa yaxındır. Onun mövcud müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır.
Lindelöfün keçmiş klubu Lissabon “Benfika” onun xidmətində maraqlıdır. İsveçli futbolçu 2013-2017-ci illər arasında bu komandanın heyətində çıxış edib. Bu mövsüm İngiltərə Premyer Liqasında Lindelöf cəmi 6 matçda meydana çıxıb və 1 sarı vərəqə alıb.



