More

    Vinisius “El Klasiko”dakı davranışına görə üzr istədi

    Madrid “Real”ının vingeri Vinisius Junior “Barselona” ilə La Liqa oyunundakı emosional reaksiyasına görə açıqlama yayıb və üzr istəyib. Braziliyalı futbolçu paylaşımını sosial şəbəkə hesablarında yayımlayıb.

    “Bu gün ‘Real’ azarkeşlərindən El Klasikoda əvəzlənərkən göstərdiyim reaksiyaya görə üzr istəyirəm. Artıq bu gün keçirilən məşq zamanı komanda yoldaşlarımdan, klubdan və prezidentdən şəxsən üzr istədim, indi isə bunu ictimai şəkildə də təkrar edirəm.
    Bəzən emosiyalarım məni ələ alır – mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabət ruhum bu klubun mənim üçün ifadə etdiyi sevgi və dəyərlərdən doğur. Madrid ‘Real’ının uğuru naminə hər saniyə mübarizə aparacağıma söz verirəm”
    , – deyə Vinisius yazıb.

    Xatırladaq ki, Vinisius “Barselona” ilə oyunun 72-ci dəqiqəsində əvəzlənmişdi – onun yerinə meydana Rodriqo daxil olmuşdu. Futbolçu baş məşqçi Alonso’nun qərarını qəbul etməyərək narazılığını meydanda və ehtiyat skamyasında açıq şəkildə ifadə etmişdi.

    Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 13 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni