Madrid “Real”ının braziliyalı hücumçusu Vinisius Junior, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal”a qarşı keçirdiyi görüşdə komandasının yeganə qoluna imza ataraq tarixi nəticəyə nail olub.
Sport-az.com-un məlumatına görə, 24 yaşlı futbolçu 67-ci dəqiqədə müdafiəçi Vilyam Salibanın kobud səhvindən istifadə edərək qapı torunu silkələyib.
Bu qol Vinisiusun “Real” forması ilə ümumilikdə 105-ci qolu olub. Bununla da o, 104 qolla bu göstəricidə əvvəlki lider olan əfsanəvi Ronaldo Nazariyoya çatmaqla kifayətlənməyib, həm də onu geridə qoyaraq Madrid klubunun tarixində ən çox qol vuran braziliyalı oyunçu adını qazanıb.
Statistik müqayisə göstərir ki:
- Ronaldo 104 qolu 177 oyunda vurmuşdu — orta hesabla hər oyunda 0.59 qol, hər 132 dəqiqəyə bir qol.
- Vinisius isə 105 qolu 309 matçda vurub — orta göstəricisi 0.34 qol, hər 212 dəqiqəyə bir qol.
Baxmayaraq ki, Vinisiusun qol effekti əfsanəvi R9-dan aşağıdır, o, istikrarlı çıxışı və uzunmüddətli iştirakı ilə tarixə düşməyi bacarıb.