More

    Vinisiusun 90+9-cu dəqiqədə vurduğu qol Braziliyaya qələbə gətirdi

    2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 13-cü turun növbəti oyunu baş tutub. Braziliyanın paytaxtı Braziliyadakı Mane Garrinça stadionunda keçirilən qarşılaşmada meydan sahibləri — Braziliya yığması Kolumbiyanı 2:1 hesabı ilə məğlub edib.

    Oyunda hesab artıq 6-cı dəqiqədə açılıb — Rafinhanın penalti zərbəsi dəqiq olub. Kolumbiyalı hücumçu Luis Dias isə 41-ci dəqiqədə cavab qolu ilə fərqlənərək hesabı bərabərləşdirib.

    Görüş dramatik sonluqla yekunlaşıb. 90+9-cu dəqiqədə Rafinhanın ötürməsini dəqiq tamamlayan Vinisius Junior Braziliyaya vacib üç xal qazandırıb.

    Bu nəticədən sonra Braziliya 13 oyundan 21 xal toplayaraq turnir cədvəlində altıncı yerdən ikinci pilləyə yüksəlib. Kolumbiya isə eyni sayda oyunla 19 xalda qalaraq altıncı yerə geriləyib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni