Bu gün Xankəndi şəhərində keçirilən III MDB Oyunları kamandan oxatma yarışları baş tutub. Tədbir Ağdərə və Xocalı rayonlarında yerləşən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə təşkil olunub.
Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir, Azərbaycan isə 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 yarışmacını təmsil edir. Yarışlar Xankəndi şəhər stadionunda keçirilir və yerli sakinlər, Qarabağ Universitetinin tələbələri ilə yanaşı media nümayəndələri tərəfindən izlənilir.
Qeyd edək ki, kamandan oxatma yarışları oktyabrın 5-də yekunlaşacaq.



