More

    Yüksək Liqa: XVIII turun açılışında liderlər üz-üzə gəlir

    Bu gün qadın voleybol komandaları arasında keçirilən Yüksək Liqada XVIII tura start verilir. Turnirin ilk oyun günü iki maraqlı qarşılaşma ilə yadda qalacaq.

    Fanat.Az xəbər verir ki, hər iki matç Bakı şəhərindəki Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində baş tutacaq.

    4 aprel – XVIII turun oyunları:

    • 16:00 – “Abşeron” – “Milli Aviasiya Akademiyası”
      Turun ən maraqlı oyunu sayılan bu qarşılaşmada lider komandalar bir-birinə rəqib olacaq.
      Məkan: GİN-in Voleybol Mərkəzi
    • 18:00 – “Azərreyl” – UNEC
      Favorit “Azərreyl” autsayder statusunda olan UNEC-lə qarşılaşacaq.
      Məkan: GİN-in Voleybol Mərkəzi

    Turun son oyunu:

    • 5 aprel: “Gəncə” – “Murov Az Terminal” qarşılaşması ilə XVIII tura yekun vurulacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni