“Yuventus” klubunun baş direktoru Maurizio Skanavino, Pol Poqba ilə bağlı klubun qərarını açıqlayıb.
Sport-az.com-ın insayder Fabrizio Romanonun sosial şəbəkələrinə istinadən verdiyi məlumata görə, Skanavino bildirib:
“Təsdiq edə bilərəm ki, Pol Poqba ilə danışıqlar aparırıq. Qərar artıq məlumdur, sadəcə şərtləri razılaşdırmaq qalır. Poqba “Yuventus”u tərk edəcək və azad agent olacaq.”
Xatırladaq ki, Pol Poqba ötən il dopinq testi səbəbilə futboldan 4 il müddətinə diskvalifikasiya olunmuşdu. Lakin məhkəmə onun cəzasını 4 ildən 18 aya endirdi və bu səbəbdən Poqba mart ayından etibarən futbola qayıda biləcək.