2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra işsiz qalan Zinəddin Zidan İngiltərə nəhəngi “Mançester Yunayted”in baş məşqçisi ola bilər.
Sport-az.com-ın verdiyi məlumata görə, bu barədə “The Independent” xəbər yayıb. Xəbərə əsasən, “Mançester Yunayted”in sahibi Cim Retklif Zidanın böyük pərəstişkarıdır və onunla daimi əlaqə saxlayır. Mənbələrə görə, Retklif fransalı məşqçini “qırmızı şeytanlar”ın başına gətirmək üçün bütün səylərini sərf edəcək.
Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında “Real Madrid”in baş məşqçisi kimi fəaliyyət göstərib.