Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində nəzarətsiz ərazidə – xilasetmə məntəqəsindən təqribən bir kilometr uzaqda dənizdə batan yeniyetmə futbolçunun meyiti aşkarlanıb.
Sport-az.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində meyit tapılaraq aidiyyəti qurumlara təhvil verilib.
Məlum olub ki, dənizdə həyatını itirən şəxs “Zirə” futbol akademiyasının üzvü, U-16 komandasının oyunçusu Fərid Şahverdiyev olub.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.



