Azərbaycanlı bədii gimnast Zöhrə Ağamirova, idman karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayır.
Sport-Az xəbər verir ki, Ağamirova ilk məşqçilik addımlarını “Ocaq” idman klubunda atacaq. Klub artıq rəsmi olaraq Ağamirovanın bədii gimnastika üzrə yeni məşqçi kimi fəaliyyətə başladığını elan edib.
Zöhrə Ağamirovanın ilk məşqləri 6-11 yanvar tarixlərində keçiriləcək. Bu məşqlər Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Zöhrə Ağamirova iki dəfə Olimpiya Oyunlarında iştirak edib, Avropa çempionatında top ilə hərəkətlərdə bürünc medal qazanıb. Həmçinin İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və dəfələrlə Unversiada mükafatçısı olub.