More

    14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində daha 6 çəkidə qaliblər müəyyənləşdi

    Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ikinci günündə 139 idmançı tatami üzərinə çıxıb. Yarışda həm qızlar, həm də oğlanlar arasında yüksək rəqabət müşahidə olunub.

    Qızlar 40, 52 və 70 kq, oğlanlar isə 42, 55 və 73 kq çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış gənc idmançılar üçün gələcək beynəlxalq turnirlərə hazırlıq baxımından mühüm sınaq rolunu oynayır.

    Qızlar arasında qaliblər

    40 kq çəki dərəcəsi

    • 1-ci yer – Nərgiz Fərzəliyeva (RKİM)
    • 2-ci yer – Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
    • 3-cü yer – Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
    • 3-cü yer – Nuray Ağahüseynzadə (Xızı UGİŞM)

    52 kq çəki dərəcəsi

    • 1-ci yer – Nuray Nağıyeva (Şuşa UGİM)
    • 2-ci yer – Naziləzəhra Rüstəmli (ACF)
    • 3-cü yer – Sevinc Məmmədzadə (Neftçi İK)
    • 3-cü yer – Səma Qurbanova (Kanokan-TT İK)

    70 kq çəki dərəcəsi

    • 1-ci yer – Zümrüd Əliyeva (RKİM)
    • 2-ci yer – Aytac Rüstəmova (Goranboy UGİM)
    • 3-cü yer – Zeynəb Mehti (Turan İK)

    Oğlanlar arasında nəticələr

    42 kq çəki dərəcəsi

    • 1-ci yer – Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
    • 2-ci yer – Fərid Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
    • 3-cü yer – Fərid Babayev (Lokomotiv İK)
    • 3-cü yer – Cəfər Həmzəyev (Neftçi Siyəzən)

    55 kq çəki dərəcəsi

    • 1-ci yer – Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
    • 2-ci yer – Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
    • 3-cü yer – Fərid Hüseynov (Atilla İK)
    • 3-cü yer – Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

    73 kq çəki dərəcəsi

    • 1-ci yer – Əli Qulamlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
    • 2-ci yer – İbrahim Əliyev (Günəşli İK)
    • 3-cü yer – Kərim Məmmədov (Ramana İM)
    • 3-cü yer – Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

    Yarışda cüdoçular həm texniki bacarıqlarını, həm də fiziki hazırlıqlarını nümayiş etdiriblər. Ümumilikdə ölkənin müxtəlif bölgələrindən 72 klub və idman cəmiyyətinin təmsilçiləri turnirdə çıxış edir. Turnirin əvvəlki günlərində keçirilən görüşlərdə yüksək gərginlik və gənc idmançıların istedadlı çıxışı müşahidə olunub.

    Azərbaycan Cüdo Federasiyasının nümayəndələri qeyd ediblər ki, bu yaş kateqoriyası üzrə turnir milli komandanın gələcək heyətinin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qaliblər gələcəkdə beynəlxalq miqyaslı yarışlarda — Avropa və dünya birinciliklərində ölkəmizi təmsil edəcəklər.

    Yarışa dekabrın 28-də yekun vurulacaq. Final mərhələsində 8 çəki dərəcəsində qızıl medal sahibləri müəyyənləşəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni