Qazaxıstanın “Kayrat” klubu və İngiltərənin “Çelsi” klubu 16 yaşlı hücumçu Dastan Satpayevin transferi ilə bağlı razılığa gəlib. Sport-Az xəbər verir ki, bu barədə “Kayrat” klubunun rəsmi VK səhifəsində məlumat verilib.
Razılaşmaya əsasən, gənc futbolçu yalnız 2026-cı ilin yayında, 18 yaşına çatdıqdan sonra rəsmi olaraq “Çelsi”nin heyətinə qoşulacaq. Bu vaxta qədər Satpayev Qazaxıstan klubunda çıxış etməyə davam edəcək.
“Dastan Almatıda anadan olub və 8 yaşında “Kayrat” akademiyasına daxil olub. Burada bütün inkişaf mərhələlərini keçib. O, istedadı, zəhmətkeşliyi və intizamı ilə seçilib. Dastanı karyerasındakı bu mühüm addım münasibətilə təbrik edirik! Onun uğurları ilə qürur duyuruq və inanırıq ki, qarşıda daha böyük zirvələr var!” – deyə klubun açıqlamasında bildirilir.
Xatırladaq ki, 2024-cü ilin mayında, cəmi 15 yaşında ikən Satpayev “Kayrat”ın əsas komandasında debüt edərək klub tarixində ən gənc futbolçu olub.



