Bakıda bədii gimnastika üzrə 4-cü “Ocaq Cup” beynəlxalq turniri start götürüb

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 4-cü “Ocaq Cup” adlı beynəlxalq turnir qarşıdakı günlərdə davam edir. Yarışın açılış günündə 2016-2019-cu il təvəllüdlü gimnastlar müxtəlif alətlərdə fərdi proqramlarda çıxış ediblər.

Turnirdə ümumilikdə 13 ölkədən 339 gimnast iştirak edir. Yüksək səviyyədə keçirilən yarış noyabrın 2-də yekunlaşacaq.

Təşkilatçılar bildirirlər ki, “Ocaq Cup” gənc idmançıların təcrübə toplaması və beynəlxalq arenada uğur qazanmaları üçün böyük əhəmiyyət kəsb edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni