Bakıda 20 yaşadək cüdoçular arasında şəhər birinciliyinə yekun vurulub. Abşeron Olimpiya Kompleksində təşkil edilən yarışda paytaxtın müxtəlif idman klublarını təmsil edən gənc cüdoçular tatamiyə çıxıblar. Turnirin əsas məqsədi ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirmək olub.
Yarışda 34 klub və idman cəmiyyətindən 200 idmançı iştirak edib. Onlardan 162-si oğlan, 38-i isə qız olub. İştirakçılar ümumilikdə 13 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıblar.
Komanda hesabında “Judo Club 2012” birinci oldu
Turnirin yekun nəticələrinə əsasən, “Judo Club 2012” üç qızıl, bir gümüş və beş bürünc medalla ümumi komanda sıralamasında liderliyi ələ keçirib.
İkinci pillədə iki qızıl, üç gümüş və üç bürünc medal qazanan “Neftçi” İK qərarlaşıb. “Azəri-Cüdo” İKİB isə iki qızıl və bir bürünc mükafatla üçüncü yeri tutub.
İlk üçlükdə qərarlaşan komandalara müvafiq kuboklar təqdim olunub.
Bakı birinciliyinin bütün mükafatçıları
Qızların mübarizəsində altı, oğlanların yarışında isə yeddi çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib.
Qızlar
| Çəki | 1-ci yer | 2-ci yer | 3-cü yer | 4-cü yer |
|---|---|---|---|---|
| 48 kq | Fatimə Abdullayeva | Xədicə Abdullayeva | Məxfirə Hüseynova | — |
| 52 kq | Nərmin Ağamirzəzadə | Xədicə Namazlı | Leyla Əliyeva | Gülay Haqverdiyeva |
| 57 kq | Tövsiyyə Babayeva | Qızılgül Əkbərova | Yasəmən Əkbəri | Şəfiqə Əhmədova |
| 63 kq | Zəhra Hüseynzadə | Leyla Məcidova | Əsma Manaflı | İlahə Əzizzadə |
| 70 kq | Lalə Pənahova | Mələk Bayramlı | Şəbnəm Əhmədova | — |
| 78 kq | Zemfira Əliyeva | Zəhra İbadova | — | — |
Oğlanlar
| Çəki | 1-ci yer | 2-ci yer | 3-cü yer | 4-cü yer |
|---|---|---|---|---|
| 60 kq | Bahadır Feyzullayev | Mirxaliq İskəndərov | Rüstəm Qasımzadə | Ömər Zamanlı |
| 66 kq | Kənan Məmmədov | İsmayıl Əlipənahov | Sənan Piriyev | Ümüd Qurbanov |
| 73 kq | Sadiq İsgəndərli | Nihad Yəhyayev | Kənan Rəhimov | Yusuf Nəzər |
| 81 kq | Əhməd Mehdiyev | Amin Mehdiyev | Ayxan Ələkbərov | Cahandar Haqverdiyev |
| 90 kq | Hüseyn Səfərov | Osman Səlimov | Amir Xəzriyev | Qəzənfər Kazımlı |
| 100 kq | Tunar Fərzəliyev | Raul İmanov | Fərid İsmayılov | — |
| +100 kq | Cavidan Məsimov | Əli Vəliyev | Elşən Fərzəliyev | Ömər Hacıl |
Şəhər birinciliyi həm gənc cüdoçuların hazırlıq səviyyəsini qiymətləndirmək, həm də ölkə birinciliyində kvotalar əsasında iştirak edəcək idmançıları seçmək baxımından əhəmiyyət daşıyıb.





