Oktyabrın 31-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda böyük boks gecəsi keçiriləcək. “Kingdom Arena”da təşkil olunacaq “Meksika bütün dünyaya qarşı” adlı turnirin əsas qarşılaşmasında Saul Alvares və Kristian Mbilli üz-üzə gələcəklər.
Turki Əl-Şeyxin təşkilatçılığı ilə baş tutacaq gecənin əsas döyüşündə ikinci orta çəkidə dünya çempionluğu titulu uğrunda mübarizə aparılacaq. Fransanı təmsil edən çempion Kristian Mbilli (29 qələbə, 0 məğlubiyyət, 1 heç-heçə, 24 nokaut) meksikalı Saul Alvareslə (63 qələbə, 3 məğlubiyyət, 2 heç-heçə, 39 nokaut) qarşılaşacaq.
Alvares – Mbilli döyüşü Bakı vaxtı ilə saat neçədə başlayacaq?
Boks gecəsinin ilk qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da, əsas proqram isə 22:00-da başlayacaq.
Saul Alvares və Kristian Mbillinin rinqə çıxışı noyabrın 1-də, təxminən saat 02:30-a planlaşdırılır. Əvvəlki döyüşlərin müddətindən asılı olaraq başlanğıc vaxtı dəyişə bilər.
Turnirin canlı yayımı DAZN platformasında təqdim olunacaq.
Gecənin ikinci əsas qarşılaşmasında WBA titulunun sahibi Xayme Munqiya (46–2, 35 KO) rusiyalı Nikita Zon (12–0–1, 10 KO) ilə döyüşəcək.
“Meksika bütün dünyaya qarşı” turnirinin döyüş siyahısı
- Kristian Mbilli (29–0–1, 24 KO) – Saul Alvares (63–3–2, 39 KO)
- Xayme Munqiya (46–2, 35 KO) – Nikita Zon (12–0–1, 10 KO)
- Rafael Espinosa (28–0, 24 KO) – Lorenso Parra (24–1–1, 18 KO)
- Lindolfo Delqado (24–0, 16 KO) – Artur Biyarslanov (21–0, 17 KO)
- David Pikasso (33–1–1, 18 KO) – Karl Ceyms Martin (28–0, 21 KO)
- Reyto Tsutsumi (5–0, 4 KO) – Raymundo Roxas Qarsiya (16–2, 11 KO)
- Bek Nurmaqambet (16–0, 14 KO) – Markos Vaskes Rodriqes (21–3–1, 10 KO)
- Karlos Emilio Roxo (21–0, 8 KO) – Flavius Biea (24–3, 12 KO)
- Brayan Leon Salqado (12–0, 9 KO) – Ektor Oktavio Aqirre (7–0, 3 KO)
- Sultan Almohammed (5–0, 4 KO) – Erik Urvina (5–2–3, 1 KO)
Əsas diqqətlər Alvares və Mbilli arasındakı titul qarşılaşmasına yönələcək. Meksikalı boksçu dünya çempionluğu uğrunda mübarizə apararkən, məğlubiyyətsiz Mbilli titulunu qorumağa çalışacaq.






