Azərbaycanın gənc MMA döyüşçüsü Turac Əliyev növbəti rəsmi döyüşünü uğurla başa vurub. Sport-Az xəbər verir ki, Georgian Fighting Championship (GFC) liqasında çıxış edən idmançımız “Tank” ləqəbi ilə tanınan Əliyev Gürcüstanlı Badri Potşveraşvili ilə üz-üzə gəlib.
Gənc idmançı görüşün taleyini artıq ilk raundda həll edib. 19 yaşlı döyüşçü rəqibini əl kilidi (armbar) texnikası ilə məğlub edərək qələbə qazanıb. Bu, onun GFC liqasında güclü rəqib üzərində ikinci qələbəsi olub. Qeyd edək ki, Turac Əliyev MMA karyerasında indiyə qədər keçirdiyi bütün 5 döyüşü vaxtından əvvəl qələbə ilə tamamlayıb.



