2026-cı ildə keçiriləcək Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşib. Kolumbiya, Paraqvay və Ekvador da mundialda iştirak hüququ qazanıblar.
Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, eləcə də çempionatı qəbul edəcək Kanada, ABŞ və Meksika komandalarının da final mərhələsində oynayacaqları açıqlanmışdı.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək və bu səbəbdən daha çox ölkə bu prestijli turnirdə iştirak şansı qazanacaq.
Beləliklə, son qərara əsasən hal-hazırda mundiala vəsiqə qazanan komandalar aşağıdakılardır:
- Kanada (ev sahibləri)
- ABŞ (ev sahibləri)
- Meksika (ev sahibləri)
- Avstraliya
- İran
- Yaponiya
- İordaniya
- Cənubi Koreya
- Özbəkistan
- Argentina
- Braziliya
- Yeni Zelandiya
- Uruqvay
- Kolumbiya
- Paraqvay
- Ekvador
Qalan 32 komanda üçün seçmə mərhələlər davam etməkdədir və noyabrda, dekabrda və gələn il ərzində digər vəsiqələrin sahibi müəyyənləşəcək.



