More

    “Real” – “Barselona” matçının sonunda gərgin anlar yaşanıb

    İspaniya La Liqasının 10-cu turunda keçirilən “Real” – “Barselona” qarşılaşmasında maraqlı hadisələr baş verib. Madridin “Santyaqo Bernabeu” stadionunda təşkil olunan oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Görüşün sonlarına yaxın, texniki zonada gərginlik yaranıb. Toqquşmanın əsas iştirakçıları “Barselona”nın yarımmüdafiəçisi Rafinya ilə “Real”ın hücumçusu Vinisius Junior olub. Bundan sonra meydanda da qarşıdurma davam edib, ancaq əlbəyaxa döyüş şəklinə keçməyib.

    Bu qələbə sayəsində “Real” xallarını 27-yə yüksəldərək La Liqa cədvəlinə liderlik edir. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni