More

    Leyla Əliyeva “Böyük Dəbilqə” turnirinə 1/4 finaldan başlayır

    Bu gün Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürür. Yarışın ilk günündə 6 azərbaycanlı idmançı tatamiyə çıxacaq.

    Sport-az.com xəbər verir ki, Azərbaycanın cüdo üzrə təmsilçiləri müxtəlif çəki dərəcələrində mübarizəyə qoşulacaqlar.

    60 kq

    • Balabəy Ağayev yarışa ikinci dövrədən başlayacaq. Onun rəqibi Aleksandru Tersin (Moldova) və Dauren Sukenov (Qazaxıstan) cütünün qalibi olacaq.
    • Hüseyn Allahyarov isə ilk görüşünü Nika Xuzairaşviliyə (Gürcüstan) qarşı keçirəcək.

    66 kq

    • Ruslan Paşayev də mübarizəyə ikinci dövrədən başlayacaq. Onun rəqibi Teo Raul (Fransa) – Rəşid Obaid (BƏƏ) cütünün qalibi olacaq.
    • Rəşad Yelkiyev isə İsmayıl Nişonboevlə (Özbəkistan) mübarizə aparacaq.

    48 kq

    • Leyla Əliyeva turnirə birbaşa 1/4 final mərhələsindən başlayır və ilk görüşünü Almaniya təmsilçisi Sara İşt ilə keçirəcək.

    57 kq

    • Açelya Toprak Kipr təmsilçisi Marina Azinaya qarşı mübarizə apararaq növbəti mərhələyə yüksəlməyə çalışacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni