Azərbaycanın 3×3 qadın basketbol millisi İslamiadada qrup lideri oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadınlarından ibarət 3×3 basketbol komandası qrup mərhələsində üçüncü görüşünü də qələbə ilə başa vurub. Yığmamız A qrupunda Fildişi Sahili kollektivini 21:14 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk qarşılaşmasında ev sahibi Səudiyyə Ərəbistanını 21:8, ikinci matçında isə Türkiyə komandası ilə 19:11 hesabına qalib gəlmişdi. Bu nəticələrlə komanda qrup lideri olaraq yarımfinal mərhələsinə yüksəlib.

Azərbaycan komandası növbəti oyunda B qrupunu ikinci yerdə tamamlayan rəqiblə üz-üzə gələcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni