AÇ: Millimiz Portuqaliyayla qarşılaşır

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində növbəti oyuna çıxacaq.

Sport-az.com xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq. 

Mərdəkanda “Liv Bona Dea Arena”da baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü oktyabrın 29-da Portuqaliyada olacaq.

Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr

16:00 Azərbaycan – Portuqaliya
Hakim: Fabienne Miçel, Melissa Joos (hər ikisi Almaniya), Amina Sarah Gutşi (Avstriya), Karoline Uaker (Almaniya).
Hakim-inspektor: Blajenka Loqaruşiç (Xorvatiya)
UEFA nümayəndəsi: Sanya Bosanaç Perişiç (Monteneqro)
Mərdəkan. “Dalğa Arena”. 

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni