More

    “Sumqayıt” Cəsurbek Cəloliddinovla müqavilə imzaladı

    “Sumqayıt” futbol klubu yeni transfer reallaşdırıb.

    Sport-az.com-ın xəbərinə görə, klubun rəsmi saytında yayılan məlumata əsasən, Özbəkistanın Fərqanə şəhərindən olan “Neftçi” klubunun sabiq oyunçusu, 22 yaşlı yarımmüdafiəçi Cəsurbek Cəloliddinov mövsümün sonuna qədər “Sumqayıt”la müqavilə imzalayıb. Cəloliddinov, komandada 77 nömrəli forma ilə çıxış edəcək.

    Cəsurbek Cəloliddinov Paris-2024 Olimpiadasının iştirakçısı olmaqla yanaşı, “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) kimi tanınmış klublarda oynayıb. Təcrübəli futbolçu həmçinin Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da heyətində yer alıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni