More

    “Barselona”nın prezidenti Dani Olmonun qiymətini açıqlayıb

    İspaniya təmsilçisi “Barselona”nın prezidenti Xuan Laporta bu yay Almaniyanın “Leyptsiq” klubundan transfer etdikləri Dani Olmonun transfer qiymətini açıqlayıb.

    “Mundo Deportivo” nəşrinə əsasən, Laporta 26 yaşlı ispaniyalı yarımmüdafiəçiyə görə 47 milyon avro ödəndiyini bildirib.

    Prezident, yay transfer dönəmində klubun cəmi iki futbolçu ilə gücləndiyini vurğulayıb və bu barədə belə deyib:

    “Keçmişdə investisiyalarla bağlı çətinliklərimiz var idi, lakin idman direktorumuz bu vəziyyəti idarə edə bildi. Yayda transferlərimiz Dani Olmo və Pau Viktor oldu. Böyük transferlər üçün 50 milyon avro xərcləməyi planlaşdırmışdıq. Olmo bizə 47 milyon avroya başa gəldi”.

    Xatırladaq ki, İspaniya milli komandasının yarımmüdafiəçisi olan Olmo hazırkı mövsümdə “Barselona”nın heyətində üç oyuna çıxıb və üç qol vurub. Futbolçunun klubla olan müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni