Fonseka: “Sinner və Alkaras kimi top-rəqiblərlə oynaya biləcək səviyyədəyəm”

19 yaşlı braziliyalı tennisçi Joau Fonseka (ATP 35) Indian-Uellsdə keçirilən ATP 1000 turnirinin 1/8 finalında dünya reytinqində ikinci olan Yannik Sinnerə məğlub olsa da, nümayiş etdirdiyi oyunla böyük diqqət çəkib.

Matçdan sonra keçirilən mətbuat konfransında gənc tennisçi həm görüşü, həm də öz inkişaf perspektivlərini dəyərləndirib.

“Hər şey xırda məqamlarda həll olundu”

Fonseka matçın yüksək tempdə keçdiyini və ilk rəqətdən böyük mübarizə getdiyini bildirib:

“Bu gün yaxşı tennis oynadım və kortda özümü inamlı hiss edirdim. İlk setdə bəzi vacib xallarda səhvlər etdim, rəqib isə çətin anlarda çox yaxşı servis etdi. Tay-breykdə 6:5 hesabında daha yaxşı oynaya bilərdim. Lakin artıq keçmişi dəyişmək mümkün deyil, diqqəti gələcək yarışlara yönəltmək lazımdır.”

Onun sözlərinə görə, Sinnerin oyununun ən çətin tərəfi məhz yüksək intensivlik və sabitlik olub:

“Sinner təzyiq altında olanda daha sərt oynamağa başlayır. Hər zərbəsi çox ağır gəlir, ona görə bütün geymlərdə 100% hazır olmalısan. O çox az hallarda qeyri-məcburi səhv edir.”

“Alkaras və Sinner səviyyəsinə yaxınlaşa bilərəm”

Mətbuat nümayəndələrinin “yarışın top iki oyunçusuna çatmaq üçün nə çatmır?” sualına Fonseka belə cavab verib:

“Öz oyun səviyyəmi yüksək qiymətləndirirəm. Onlarla rəqabət apara bilirəm, matçlarım kifayət qədər yaxın keçir. Amma hər gün üzərində işlənməli olan xırda detallar var — onlar vacib xallarda fərq yaradır. Daha çox təcrübəyə ehtiyacım var, lakin hesab edirəm ki, bu səviyyəyə yaxınam və onlarla oynaya biləcəyimi sübut edirəm.”

“Gözlədiyim səviyyədə idi — amma çətinlikləri çoxdur”

Fonseka bildirib ki, Sinnerlə ilk qarşılaşma onun gözləntilərinə cavab verib:

“Mən özüm də çox təzyiq yaratdım, yaxşı servis etdim və mümkün qədər aqressiv oynadım. Amma o da eyni səviyyədə cavab verirdi. Bu səbəbdən matçın dinamikası tam gözlədiyim kimi oldu. Keçmiş dünya birincisinə qarşı oynayanda daha çox imkanlar axtarırsan.”

Turnirin statistikasına əsasən, Fonsekanın ikinci setdəki Performance Rating göstəricisi 9,42 olub — son illərdə uduzulan setlər arasında qeydə alınan ən yüksək nəticədir. Bununla belə, Sinner iki tay-breykdə minimal üstünlük hesabına qələbəni təmin edə bilib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni