Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının birinci pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab oyunu keçiriləcək.
Sport-az.com xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma saat 23:45-də başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi Azərbaycan yığması ötən həftə Bakıda portuqaliyalılara böyük hesabla məğlub olub.
Qeyd edək ki, bu cütün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək və ilk oyunu evdə keçirəcək. Bu raundun matçları 27 noyabr və 3 dekabr tarixlərində baş tutacaq.
Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
29 oktyabr
- 23:45 — Portuqaliya – Azərbaycan
Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).
İlk oyun – 4:1.



