Azərbaycan Boksçularından Dünya Çempionatında Yeni Rekord

Azərbaycanın gənc boksçulardan ibarət milli komandası dünya çempionatında tarixi bir uğura imza atıb.

Sport-az.com xəbər verir ki, Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən milli komandamızın 5 boksçusu yarımfinala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsində qələbə qazanaraq yarımfinala adlayıblar. Bu nəticə ilə komanda artıq 5 medal təmin edib.

Bu uğur Azərbaycan boks tarixində yeni rekord hesab olunur. Azərbaycan millisi indiyədək gənclər arasında dünya çempionatında bu qədər medal əldə etməmişdi. Əvvəlki rekord isə 2004-cü ildə qeydə alınmışdı, həmin vaxt 4 boksçumuz yarımfinala yüksələrək, Cənubi Koreyanın Jeju şəhərində keçirilən yarışda 4 bürünc medal qazanmışdı.

Bundan əlavə, Aynur Mikayılova dünya çempionatında medal qazanan ilk azərbaycanlı qadın boksçu olacaq. Bu uğura qədər heç bir qadın idmançımız dünya çempionatında medal qazana bilməmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni