More

    Esra Məmmədli: “Sevinirəm ki, Vətənə Əli Boş Qayıtmadım”

    Azərbaycan millisinin güləşçisi Esra Məmmədli (57 kq), Bəhreyndə keçirilən Gimnaziadada ikinci yerə layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb.

    Sport-az.com xəbər verir ki, gənc idmançı, gümüş medal qazanmasına baxmayaraq, göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib. Esra, qızıl medal üçün nəyin çatmadığını da qeyd edərək, “Qız güləşçilər arasında böyük nəticə qazandıq. Üç medal əldə etdik. Sevinirəm ki, Vətənə əli boş qayıtmadım. Bəzi səhvlər oldu, onları aradan qaldırıb gələcək yarışlarda daha yaxşı nəticələr üçün çalışacağam,” deyə bildirib.

    Qeyd edək ki, Nəzrin Əhmədli (43 kq) bütün rəqiblərini məğlub edərək çempion olub, Fatimə Bayramova (53 kq) isə bürünc medal qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni