Sport-az.com xəbər verir ki, təmsilçilərimiz yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla yekunlaşdırıblar.
Fərdi çıxışlarda Gövhər İbrahimova həm lent, həm də halqa ilə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsinə qalxaraq iki bürünc medal qazanıb. Fidan Qurbanlı top proqramında gümüş mükafata sahib çıxıb.
Azadə Atakişiyeva lentlə hərəkətlərdə rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. O, həmçinin lentlə digər proqramda gümüş medal əldə edib.
Xatırladaq ki, yarışın ilk günündə gimnastlarımız komanda hesabında da gümüş medala sahib olmuşdular. Ümumilikdə turnirdə 15 ölkənin idmançıları mübarizə aparıb.



