“Ordu” klubunun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının 3-cü turunda qarşılaşacaqları “Gəncə” ilə oyun öncəsi çətin və maraqlı bir oyun olacağını bildirib.
İspaniyalı mütəxəssis rəqib komandanın həm yaxşı legionerlərə, həm də milli komandanın üzvləri olan təcrübəli yerli oyunçulara malik olduğunu qeyd edib:
“Onların bu liqada yaxşı oyun təcrübəsi var. Həm müdafiədə, həm də hücumda yaxşı oynayırlar. Ancaq biz də özümüzə inanırıq. Gərək oyunun əvvəlindən sonunadək üstünlüyü əldən verməyək. Əsas istəyimiz qələbədir. Bunun üçün ciddi səy göstərməli və rəqibin hücumlarının qarşısını cəsarətlə almalıyıq.”
Qeyd edək ki, “Ordu” – “Gəncə” matçı noyabrın 2-də keçiriləcək.



