Barselonada sensasiya: de Minaur 88-ci raketkaya uduzdu

İspaniyanın Barselona şəhərində keçirilən ATP 500 turnirində gözlənilməz nəticə qeydə alınıb. Turnirin favoritlərindən biri olan Alex de Minaur mübarizəni erkən mərhələdə dayandırıb.

Dünya reytinqində 7-ci pillədə qərarlaşan avstraliyalı tennisçi serbiyalı Hamad Medjedovic ilə oyunda məğlub olub. Qarşılaşma iki setdə yekunlaşıb – 3:6, 4:6 və 1 saat 36 dəqiqə davam edib.

Bu qələbə Hamad Medjedovic üçün xüsusi əhəmiyyət daşıyır. Dünya reytinqində 88-ci yerdə olan tennisçi turnirə təsnifat mərhələsindən qoşulsa da, əsas mərhələdə inamlı çıxışını davam etdirir.

Bu, onun karyerasında “top-10” tennisçilərə qarşı qazandığı ikinci qələbədir. O, daha əvvəl Daniil Medvedev üzərində də sensasiyalı qələbə qazanmışdı. Bununla yanaşı, serbiyalı tennisçi ATP 500 turnirlərində ilk dəfə dörddəbir finala yüksəlib.

Növbəti rəqib

Qeyd edək ki, tərəflər arasında şəxsi görüşlərdə hesab 1:1-dir. Hamad Medjedovic növbəti mərhələdə portuqaliyalı Nuno Borges ilə qarşılaşacaq.

Barselona turniri torpaq örtükdə keçirildiyi üçün Roland Qarros öncəsi vacib hazırlıq mərhələsi hesab olunur. De Minaur üçün erkən məğlubiyyət gözlənilməz olsa da, Medjedoviç üçün bu qələbə böyük motivasiya sayılır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni