More

    “Barselona” – “Atletiko” Oyunu Mayamidə Keçirilməyəcək

    La Liqanın 18-ci turunda keçiriləcək “Barselona” – “Atletiko” matçı əvvəlcədən planlaşdırıldığı kimi Mayamidə (ABŞ) deyil, Barselonada oynanılacaq.

    Sport-az.com xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. La Liqa prezidenti Xavyer Tebas hazırkı şəraitdə İspaniya çempionatının oyunlarını ABŞ-da keçirməyin uyğun olmadığını vurğulayıb. Xüsusilə, Valensiyada baş verən daşqınlar səbəbindən matçların təxirə salınması Kral Kuboku təqvimində dəyişikliklərə səbəb olub.

    Eyni zamanda, oyunların başqa ölkədə keçirilməsi üçün razılıq verməli olan İspaniya Futbol Federasiyası hazırda daimi prezidentin olmaması səbəbindən bu qərarı təxirə salıb. Buna baxmayaraq, federasiya İspaniya çempionatının oyunlarının ABŞ-da keçirilməsi ideyasını hələ də dəstəkləyir. İddialara görə, “Barselona” ilə “Atletiko” arasında növbəti görüşlər gələn il Mayamidə baş tuta bilər.

    Qeyd edək ki, Kataloniya klubu bu matçı ABŞ-da oynamaqla təxminən 6 milyon avro gəlir əldə etməyi planlaşdırırdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni