Serbiyalı tennis əfsanəsi Novak Cokoviç 2026-cı il Uimbldon turnirinə qələbə ilə başlayıb. Dünyanın 8-ci raketkası ilk mərhələdə Çin təmsilçisi U İbinə (ATP 102) qarşı gözlənildiyindən daha çətin mübarizə aparsa da, dörd setin yekununda növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb. Təxminən 3 saat 16 dəqiqə davam edən qarşılaşmada Cokoviç 6:4, 5:7, 6:4, 6:4 hesabı ilə qalib gəlib.
Tarixi rekord və növbəti rəqib
Bu görüş Novak Cokoviçlə U İbin arasında keçirilən ilk rəsmi qarşılaşma olub. Çinli tennisçi xüsusilə ikinci setdə ciddi müqavimət göstərsə də, serbiyalı idmançının təcrübəsi həlledici məqamlarda öz sözünü deyib. Matçdan sonra Cokoviç rəqibinin çıxışını yüksək qiymətləndirərək oyunun gözlədiyindən daha çətin keçdiyini bildirib.
Bu qələbə 39 yaşlı tennisçi üçün daha bir tarixi göstərici ilə yadda qalıb. O, karyerasında Uimbldonda 103-cü qələbəsini qazanıb. Cokoviçin aktivində artıq yeddi Uimbldon çempionluğu var və o, turnirdə ilk mərhələdə 81-ci qələbəsini əldə edərək “Böyük Dəbilqə” yarışlarının ilk raundlarında 80-dən çox qələbə qazanan ilk tennisçi olub.
İkinci mərhələdə serbiyalı tennisçi Yunanıstanın tanınmış nümayəndəsi Stefanos Tsitsipasla üz-üzə gələcək. Bu qarşılaşma turnirin ən maraqlı duelərindən biri hesab olunur.
Uimbldon-2026. Kişilər arasında yarış. 1/64 final
U İbin – Novak Cokoviç (7) – 4:6, 7:5, 4:6, 4:6




