More

    Dünyanın məşhur 10 futbol klubu iqlim dəyişikliyinə qarşı Bakıda bir araya gəlir

    “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyinə qarşı mübarizə alyansı yaradılacaq. Alyansda iştirak edəcək komandalar 15 noyabr axşamı Bakıya gələcək.

    Sport-az.com məlumatına görə, COP29-un Sədrlik və BMT-nin İdman və İqlim Dəyişikliyi Departamentinin (UNFCCC) dəstəyi ilə təşkil olunan bu alyans “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə əməkdaşlığı ilə həyata keçirilir. Alyansa Azərbaycan təmsilçisi ilə yanaşı 10 beynəlxalq futbol klubu da daxil olacaq.

    Alyansın tərkibi və iştirakçı klublar:

    “Qarabağ”ın dəvəti ilə COP29 tədbirində iştirak edəcək klublar aşağıdakılardır:

    • “Liverpul” və “Tottenhem” (İngiltərə)
    • “Atletiko” və “Betis” (İspaniya)
    • “Fənərbaxça” və “Qalatasaray” (Türkiyə)
    • “Udineze” (İtaliya)
    • “Portu” (Portuqaliya)
    • “Flamenqo” (Braziliya)
    • “Malmö” (İsveç)

    Bu klubların iqlim dəyişikliyi və dayanıqlılıq mövzularında beynəlxalq təcrübəyə malik olmaları ilə seçilirlər. Hazırda dünya futbolunda dayanıqlılıq sahəsində lider sayılan “Liverpul” və “Udineze” təcrübələrini digər klublarla bölüşəcək.

    Alyansın məqsədləri və tədbirin təşkili

    Alyans çərçivəsində iştirakçı klublar iqlim dəyişikliyi ilə mübarizədə uğurlu layihələrini təqdim edəcək və bu mövzuda birgə sənədə imza atacaqlar. Alyansın qurulmasından sonra dayanıqlılıq sahəsində fəal olan digər klublar da “Qarabağ” və ECA tərəfindən bu platformaya qoşulmağa dəvət ediləcək.

    Tədbirin keçirilməsi noyabrın 16-da saat 14:00-da Mavi zonada yerləşən “Nəsimi” zalında baş tutacaq və bu zona üçün akkreditasiyadan keçmiş hər kəs üçün açıq olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni