2-ci Liqada 5-ci tur başa çatdı: “Marafon” və “Qaradağ Lökbatan” qalib gəldi

Azərbaycan 2-ci Liqasında 5-ci turun bütün qarşılaşmaları başa çatıb. Son oyun günündə “Dinamo” – “Marafon” və “Difai” – “Qaradağ Lökbatan” matçları keçirilib.

“Marafon” səfərdə “Dinamo” üzərində inamlı qələbə qazanıb. Binə qəsəbə stadionunda keçirilən görüş Sabirabad təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu nəticə ilə “Marafon” turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmləndirib.

Digər qarşılaşmada isə daha məhsuldar oyun qeydə alınıb. “Difai” ilə “Qaradağ Lökbatan” arasında görüşdə ümumilikdə altı qol vurulub. Amit Quluzadənin komandası son dəqiqələrdə ardıcıl qollarla geridönüş edərək 4:2 hesablı qələbəyə sevinib.

2-ci Liqa 5-ci tur
29 sentyabr

  • “Dinamo” – “Marafon” 0:3
    Qollar: M.Caniyev, 4; Ü.İbazadə, 46; Ə.Ələkbərli, 77.
  • “Difai” – “Qaradağ Lökbatan” 2:4
    Qollar: A.Qaracayev, 41; E.Qurbanov, 78 – T.Axverdiyev, 10 (pen.); S.Allahquliyev, 82, 85; Ə.Hacılı, 90.

Beləliklə, 5-ci turun altı oyununda ümumilikdə 30 qol vurulub. Ən böyükhesablı qələbəni “Hypers” əldə edib, ən məhsuldar qarşılaşma isə yeddi qolun vurulduğu “Ağstafa Gəncləri” – “Ağdaş” matçı olub.

2-ci Liqada 5-ci tur başa çatdı: “Marafon” və “Qaradağ Lökbatan” qalib gəldi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni