Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümündə I təsnifat mərhələsi davam edir. Oktyabrın 8-də turnirin ikinci oyun günü çərçivəsində üç qarşılaşma baş tutacaq. Komandalar növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Günün ilk görüşündə “Difai” və “Zəngəzur” üz-üzə gələcək. Daha sonra “Marafon” “Dinamo”nu, “Şirvan” isə “Kür-Araz”ı qəbul edəcək.
Peşəkar Futbol Liqasının açıqladığı təqvimə əsasən, qarşılaşmalar bir oyundan ibarətdir. Bu səbəbdən hər görüşün nəticəsi komandaların turnirdəki gələcək taleyini müəyyənləşdirəcək.
Azərbaycan Kuboku – I təsnifat mərhələsi
8 oktyabr
14:00. “Difai” – “Zəngəzur”
- Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
- Hakim-inspektor: Əmrah İbrahimov.
- AFFA nümayəndəsi: Namiq Əliyev.
- Stadion: Palms Sports Futbol Mərkəzi (IV meydan).
14:30. “Marafon” – “Dinamo”
- Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
- Hakim-inspektor: Anar Salmanov.
- AFFA nümayəndəsi: Bəhram Qurbanov.
- Stadion: “Marafon Arena”.
14:30. “Şirvan” – “Kür-Araz”
- Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
- Hakim-inspektor: Babək Quliyev.
- AFFA nümayəndəsi: Yavər Rəhimov.
- Stadion: Şirvan Olimpiya İdman Kompleksinin stadionu.
İlk oyun günündə böyükhesablı qələbələr qeydə alınıb
Azərbaycan Kubokunun yeni mövsümü oktyabrın 7-də iki qarşılaşma ilə başlayıb.
“Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni 12:0 hesabı ilə məğlub edərək turnirə inamlı start verib. Digər görüşdə isə “Ağstafa Gəncləri” səfərdə “Şəmkir” üzərində 5:1 hesablı qələbə qazanıb.
I təsnifat mərhələsi oktyabrın 9-da başa çatacaq. Son oyun günündə “Ağdaş” və “Hypers” komandaları qarşılaşacaqlar. Görüş saat 14:30-da Ağdaş şəhər stadionunda keçiriləcək.
Mərhələnin bütün oyunlarının Peşəkar Futbol Liqasının rəsmi yayım kanalı vasitəsilə canlı nümayişi nəzərdə tutulub.





