NBA-nın müntəzəm mövsümündə növbəti oyun günü dörd qarşılaşma ilə yadda qalıb. Oktyabrın 28-dən 29-na keçən gecə “Los-Anceles Leykers”, “Detroyt Pistons”, “Nyu-York Niks” və “San-Antonio Spörs” qələbə qazanıblar.
“Leykers” şəhər derbisində “Klippers”i 103:87 hesabı ilə üstələyib. “San-Antonio” isə “Yuta” ilə gərgin keçən görüşdə əlavə vaxtda qalib gəlib.
“Leykers” derbidə qalib gəldi, “Detroyt” geridönüş etdi
“Los-Anceles Leykers” ikinci periodda qazandığı üstünlük sayəsində “Klippers”i məğlub edib. Qaliblərin heyətində Ku entin Qrayms 23, Kollin Sekston isə 21 xal toplayıb.
Leykers – Klippers – 103:87 (25:22, 31:16, 29:28, 18:21)
Leykers: Qrayms (23 xal, 5 ötürmə), Laraviya (2 xal, 10 ribaund), Rivz (16 xal, 6 ribaund), Taybull (15 xal), Kessler (11 xal, 9 ribaund) – start heyəti; Mamukelaşvili (13 xal, 8 ribaund), Sekston (21), Vanderbilt (0 xal, 7 ribaund), Hardi (2).
Klippers: Cons-kiçik (15 xal, 5 ribaund), Sanders (9 xal, 4 ribaund), Dann (5 xal, 3 ötürmə), Qarlend (14 xal, 5 ötürmə), Cekson (4 xal, 5 ribaund) – start heyəti; Vaqler (21), Dik (5 xal, 5 ribaund), Lopes (2 xal, 3 ötürmə), Miller (4 xal, 7 ribaund), Kristi (2), Pikett (4), Martinelli (2).
“Detroyt Pistons” isə “Şarlott Hornets”i 97:89 hesabı ilə məğlub edib. İlk hissəni geridə tamamlayan meydan sahibləri üçüncü periodda üstünlüyü ələ keçiriblər. Keyd Kanninqem 30 xal və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Detroyt – Şarlott – 97:89 (21:22, 23:29, 32:19, 21:19)
Detroyt: Tompson (7 xal, 9 ribaund), Kollinz (4), Rid (16 xal, 4 ribaund), Robinson (13), Kanninqem (30 xal, 7 ötürmə) – start heyəti; Qrin (7), Holland II (0), Herter (3), Cenkins (14 xal, 3 ötürmə), Prins (0), Smit (2).
Şarlott: Ceyms (5), Rid (7 xal, 6 ribaund), Diabate (9 xal, 9 ribaund), Miller (31 xal, 12 ribaund), Şröder (14 xal, 5 ötürmə) – start heyəti; Anderson (2), Allen (9 xal, 5 ribaund), O’Nil (9 xal, 4 ribaund), Kalkbrenner (1), Salyun (2).
Branson 38 xal topladı, Vembanyama “San-Antonio”nu qələbəyə daşıdı
“Nyu-York Niks” səfərdə “Çikaqo Bulls”u 133:127 hesabı ilə məğlub edib. Sonuncu periodda 43 xal toplayan qonaqların heyətində Ceylen Branson 38 xal və 7 ötürmə ilə oyunun ən məhsuldar basketbolçusu olub.
Çikaqo – Nyu-York – 127:133 (33:34, 29:22, 34:34, 31:43)
Çikaqo: Buzelis (17 xal, 5 ribaund), Uilson (20 xal, 6 ribaund), Smit (17 xal, 11 ribaund), Pauell (30), Qiddi (10 xal, 8 ribaund, 11 ötürmə) – start heyəti; Essenge (3), Miller (10), Cons (11), Okoro (7), Hild (2).
Nyu-York: Anunobi (23 xal, 6 ribaund), Hart (2 xal, 8 ribaund), Tauns (19 xal, 13 ribaund), Brics (3), Branson (38 xal, 7 ötürmə) – start heyəti; Şamet (14 xal, 5 ötürmə), Makbrayd (3 xal, 5 ribaund), Drammond (4 xal, 11 ribaund), Kolek (9 xal, 9 ötürmə), Klarkson (18 xal, 3 ribaund).
“San-Antonio Spörs” isə “Yuta Cazz” üzərində əlavə vaxtda 117:111 hesablı qələbə qazanıb. Viktor Vembanyama 36 xal və 14 ribaundla dabl-dabl edib. “Yuta”da Keyonte Corc 31 xalla fərqlənib.
Yuta – San-Antonio – 111:117 (32:22, 23:29, 30:34, 20:20, 6:12)
Yuta: Heyz (2 xal, 11 ribaund), Qrin (2), Corc (31 xal, 4 ribaund), Beyli (19 xal, 6 ribaund), Peterson (18 xal, 5 ribaund) – start heyəti; Sensabo (16), Bamba (8 xal, 4 ribaund), Mixaylyuk (3), Okoqi (5 xal, 9 ribaund), Kolyer (7 xal, 7 ribaund).
San-Antonio: Vembanyama (36 xal, 14 ribaund), Vassell (21), Kasl, Foks, Harper – start heyəti; Şampan (12), Conson (8), Rid-kiçik (4), Barns (0), Brayant (0).





