Qoç (21 Mart – 20 Aprel)
Element: Od
Planet: Mars – güc və enerji
Qoçlar güclü xarakterləri və enerjiləri ilə tanınır. Yarışma ruhu onların təbii xüsusiyyətidir. Onlar sürətli və dinamik idman növlərində özlərini sınamalıdırlar. Eyni zamanda, liderlik qabiliyyətləri sayəsində komanda idmanlarında da uğur qazana bilərlər.
Tövsiyə olunan idman növləri:
Avtomobil yarışı, motokros, velosiped, boks, xizək idmanı və serfinq.
Buğa (21 Aprel – 20 May)
Element: Torpaq
Planet: Venera – harmoniya və sakitlik
Buğalar zahirən sakit görünsələr də, daxili dünyalarında dərin emosiyalar yaşaya bilərlər. Bu enerjini idarə etmək üçün sakitlik və konsentrasiyanı tələb edən idman növlərinə üstünlük verməlidirlər.
Tövsiyə olunan idman növləri:
Gimnastika, golf, uzun məsafəli qaçış və yoqa (xüsusilə kundalini yoqası).
Əkizlər (21 May – 21 İyun)
Element: Hava
Planet: Merkuri – hərəkət və ünsiyyət
Əkizlər hərəkətli və sosial bir xarakterə sahibdirlər. Onlar üçün həm əyləncəli, həm də beynini məşğul saxlayan idman növləri idealdır.
Tövsiyə olunan idman növləri:
Tennis, hip-hop rəqsləri, kapoeira, müasir rəqslər və ashtanga yoqası.
Xərçəng (22 İyun – 22 İyul)
Element: Su
Planet: Ay – emosiyalar
Həssas və duyğusal Xərçənglər üçün idman rahatlıq və harmoniya mənbəyi olmalıdır. Su ilə bağlı fəaliyyətlər onlara xüsusi bir məmnuniyyət gətirə bilər.
Tövsiyə olunan idman növləri:
Üzgüçülük, yoqa, qaçış, avarçəkmə və akvaaerobika.
Şir (23 İyul – 21 Avqust)
Element: Od
Planet: Günəş – güc və parıltı
Şirlər üçün fiziki fəaliyyət həm əyləncə, həm də cazibədarlığını artırmaq üçün bir vasitədir. Onlar özlərini həm gözəl, həm də güclü hiss etmək istəyirlər.
Tövsiyə olunan idman növləri:
Krosfit, boks, strecinq və akvaaerobika.
Qız bürcü (22 Avqust – 23 Sentyabr)
Element: Torpaq
Planet: Merkuri – analiz və mükəmməllik
Qızlar üçün dəqiqlik və doğru texnika çox önəmlidir. Onlar idmana ciddi yanaşır və prosesə dərindən fokuslanırlar.
Tövsiyə olunan idman növləri:
Marafon qaçışı, yoga (xüsusilə hatxa yoga), oxatma və tay-çi.
Tərəzi (24 Sentyabr – 23 Oktyabr)
Element: Hava
Planet: Venera – tarazlıq və estetika
Tərəzilər üçün idman harmoniya və rahatlıq mənbəyi olmalıdır. Onlar daha çox sosial və estetik fəaliyyətlərdən zövq alırlar.
Tövsiyə olunan idman növləri:
Pilates, rəqslər, üzgüçülük və figurlu konkisürmə.
Əqrəb (24 Oktyabr – 21 Noyabr)
Element: Su
Planet: Mars – enerji
Əqrəblər hər şeydə maksimumu axtarır. Onlar güc və dözümlülük tələb edən idman növlərindən zövq alırlar.
Tövsiyə olunan idman növləri:
Boks, avarçəkmə, skipping (ip atlama).
Oxatan (22 Noyabr – 21 Dekabr)
Element: Od
Planet: Yupiter – sərbəstlik
Azadlığı sevən Oxatanlar açıq havada və dinamik idman növlərini üstün tuturlar.
Tövsiyə olunan idman növləri:
Dağ velosipedi, gəzinti, yüngül qaçış və at sürmə.
Oğlaq (22 Dekabr – 20 Yanvar)
Element: Torpaq
Planet: Saturn – intizam
Oğlaqlar üçün intizam və fokus əsasdır. Onlar çətin, amma mükafatlandırıcı idman növlərindən zövq alırlar.
Tövsiyə olunan idman növləri:
Dağ yürüşləri, skialpinizm, golf və yoqa.
Dolça (21 Yanvar – 18 Fevral)
Element: Hava
Planet: Uran – orijinallıq
Dolçalar fərqli və yaradıcı idman növlərinə üstünlük verir. Onlar yenilikləri sınamağı sevirlər.
Tövsiyə olunan idman növləri:
Yelkən idmanı, at sürmə və dağ velosipedi.
Balıq (19 Fevral – 20 Mart)
Element: Su
Planet: Neptun – harmoniya
Balıqlar üçün idman həm də mənəvi inkişaf vasitəsidir. Onlar meditativ və yaradıcı fəaliyyətlərdən zövq alırlar.
Tövsiyə olunan idman növləri:
Pilates, akvaaerobika və klassik rəqslər.