Azərbaycan minifutbol millisi Avropanın ən güclü iki komandası sırasında

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa reytinqində yüksək mövqeyini qoruyur. Avropa Minifutbol Federasiyasının açıqladığı sıralamada yığmamız ikinci pillədə qərarlaşıb.

Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi reytinqdə 1480 xal toplayıb. Bu nəticə komandamıza Avropanın ən güclü üç yığması arasında yer almağa imkan verib.

Yeni sıralamada Azərbaycanı yalnız Serbiya millisi qabaqlayır. Serblər 1515 xalla birinci yerdə qərarlaşıblar. Üçüncü pillədə isə 1200 xal toplayan Rumıniya yığması yer alıb.

Komanda 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Avropa reytinqində ikinci pillədə qərarlaşmaq Azərbaycan millisinin qitənin aparıcı komandalarından biri olduğunu bir daha göstərir.

Azərbaycan minifutbol millisi Avropanın ən güclü iki komandası sırasında

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni