Peşəkar boks dünyasında 2026-cı ilin son ayları bir sıra maraqlı qarşılaşmalarla yadda qalmağa hazırlaşır. Noyabrın sonu və dekabr ayı ərzində müxtəlif çəki dərəcələrində tanınmış boksçuların iştirakı ilə döyüş gecələri planlaşdırılır.
Boks həvəskarlarının diqqəti xüsusilə ağır və super ağır çəki dərəcələrində keçiriləcək titul qarşılaşmalarına yönəlib. Təqvimdə Tayson Füri ilə Entoni Coşua arasındakı döyüş, eləcə də Aqit Kabayel, David Benavides və Devin Heyninin iştirakı ilə görüşlər yer alır.
Qarşıdakı yarışların Almaniya, ABŞ və Uelsdə keçirilməsi nəzərdə tutulur. Təqdim olunan təqvimdə döyüşçülərin peşəkar rekordları, qarşılaşmaların tarixləri və uğrunda mübarizə aparılacaq çempionluq kəmərləri göstərilib.
Noyabrın sonuna planlaşdırılan boks döyüşləri
27 noyabr – Rust, Almaniya
– Karen Çuxacyan (26 qələbə, 4 məğlubiyyət, 14 nokaut) – Lukas Ramon Arqanyaras (16 qələbə, 1 məğlubiyyət, 11 nokaut).
28 noyabr – Düsseldorf, Almaniya
Aqit Kabayel (27-0, 19 KO) – Nelson Hisa (25-0, 23 KO).
Titul: WBC versiyası üzrə super ağır çəkidə dünya çempionluğu.
Kabayel ilk dəfə WBC-nin tamhüquqlu dünya çempionu kimi titulunu müdafiə edəcək. Hər iki boksçu peşəkar karyerasında hələ məğlub olmayıb.
Dekabrda keçiriləcək əsas boks qarşılaşmaları
5 dekabr – Qlendeyl, ABŞ
David Benavides (32-0, 25 KO) – Mixal Çeslyak (28-2, 22 KO).
Titul: WBA, WBO və WBC versiyaları üzrə birinci ağır çəkidə dünya çempionluğu.
Qarşılaşma üç çempionluq kəmərinin birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Döyüşün “Desert Diamond Arena”da keçirilməsi planlaşdırılıb.
11 dekabr – Kardiff, Uels
Tayson Füri (36-2-1, 25 KO) – Entoni Coşua (30-4, 27 KO).
Titul: WBA Super versiyası üzrə super ağır çəkidə dünya çempionluğu.
İki britaniyalı boksçu arasında uzun müddətdir gözlənilən qarşılaşma Kardiffdəki “Principality Stadium”da təşkil olunacaq.
19 dekabr – San-Fransisko, ABŞ
Devin Heyni (33-0, 15 KO) – Liam Paro (28-1, 16 KO).
Titul: WBO və IBF versiyaları üzrə yarımorta çəkidə dünya çempionluğu.
Beləliklə, ilin sonuna qədər boks həvəskarlarını müxtəlif çəki dərəcələrində beş maraqlı qarşılaşma gözləyir. Döyüşlərin tarixlərində və proqramında təşkilatçılar tərəfindən dəyişiklik edilə bilər.





