Azərbaycanlı hakimlər UEFA Gənclər Liqasının 5-ci turunda Avstriyanın “Şturm” və İspaniyanın “Jirona” komandaları arasında keçirilən oyunu idarə etdilər.
Sport-az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb — 0:0. Oyunun baş hakimi Kamal Umudlu olub. Ona köməkçi hakimlər kimi Namik Hüseynov və Vüsal Məmmədov dəstək göstəriblər. Kamal Umudlu görüş ərzində iki sarı vərəqə göstərib.



