3 dekabr 2024-cü ildə Almaniya Kubokunun 1/8 final mərhələsində Münhenin “Bavariya” komandası Leverkuzenin “Bayer”i ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Bavariya Münhen
- Almaniya Bundesliqasında “Bavariya” hazırda liderlik edir və 30 xalla zirvədə qərarlaşıb.
- Kubokun əvvəlki mərhələsində Venyan Kompani rəhbərliyindəki komanda “Mainz”ı böyük hesabla məğlub etdi. İlk hissədə 4 qol vuran Münhen təmsilçisi matçın ikinci hissəsini sadəcə formal olaraq oynadı.
- Son matçlarda “Bavariya” bəzi çətinliklərlə üzləşib: “Borussiya Dortmund”la 1:1 hesablı heç-heçə, Çempionlar Liqasında isə PSJ üzərində çətin qələbə (1:0).
- Əsas hücumçusu Harri Keynin zədələnməsi “Bavariya”nın hücum xəttində problemlər yaradıb. Təcrübəli hücumçu Tomas Müllerin səyinə baxmayaraq, komanda son matçda “Dortmund”dan 3 xal ala bilmədi.
Bayer Leverkuzen
- Keçən mövsüm Bundesliqanın çempionu olan “Bayer” hazırda turnir cədvəlində 23 xalla üçüncü sırada qərarlaşıb.
- Kubokun 1/16 final mərhələsində “Bayer” İkinci Bundesliqanın təmsilçisi “Elversberg”i 3:0 hesabı ilə məğlub etdi. İlk yarıda vurulan üç qol oyun taleyini həll etdi.
- Çempionatda “Union Berlin”i səfərdə 2:1 hesabı ilə məğlub edən “Bayer” Çempionlar Liqasında isə “RB Zalsburq”u 5:0 hesabı ilə darmadağın etdi.
- Xabi Alonso rəhbərliyindəki komanda tədricən öz oyununu tapır və müdafiədəki problemlərini həll etməyə çalışır. Bu inkişaf komandaya əlavə motivasiya verə bilər.
Statistika və Favorit
- Bundesliqada bu mövsüm komandalar ilk dövrədə 1:1 hesabı ilə heç-heçə edib.
- Keçən mövsüm “Bayer” evdə “Bavariya”ya 3:0 hesabı ilə qalib gəlib, Münhendə isə 2:2 hesabı qeydə alınıb.
- Əvvəlki mövsümdə isə “Bavariya” evdə 4:0 hesabı ilə qalib gəlmiş, səfərdə isə 1:2 hesabı ilə uduzmuşdur.
Bukmekerlərin Proqnozu
- Bukmekerlərə görə, bu oyunun favoriti “Bavariya”dır. Münhen klubunun qələbəsinə 1.67 əmsal təyin edilib.



