“Alpin” komandasının pilotu Pyer Qasli “Formula-1” tarixində Ayrton Senna və Mixael Şumaxer kimi əfsanəvi çempionların belə nail ola bilmədiyi unikal rekorda imza atıb.
Sport-az.com xəbər verir ki, fransalı pilot 2024-cü ildə heç bir qəza etməyib və komandasına heç bir maliyyə zərəri vurmayıb.
Las-Veqas Qran-Prisindən əvvəl “Destructors’ Championship Standings” (Formula-1 qəzalarının dəyərini hesablayan platforma) müəllifi bildirir ki, Pyer Qasli mövsüm ərzində 21 yarışda komandasına zərər vurmayıb. Bu barədə autosport.com məlumat yayıb.
Qasli təkcə qəzadan uzaq durmaqla kifayətlənməyib, həmçinin qanad qırılması, təkərin deşilməsi və ya digər texniki zədələrdən də yayınıb. Bu uğurlu seriya mövsümün sonuna qədər davam edib.
Nəticədə, fransalı pilot “Formula-1” tarixində mövsüm ərzində maşını tamamilə zədəsiz saxlayan ilk pilot kimi yadda qalıb. Bu, təkcə şəxsi rekord deyil, eyni zamanda “Alpin” komandasına da əhəmiyyətli fayda verib, çünki bolidin təmir xərclərinə qənaət edilib.