Böyük Britaniyanın “McLaren” komandası 2024-cü il Formula 1 mövsümündə Konstruktorlar Kubokunu qazandı.
Mövsümün yekunları
Britaniyalı pilot Lando Norris “McLaren” ilə mövsümün XXIV mərhələsi olan Əbu-Dabi Qran-Prisinin qalibi oldu. İkinci və üçüncü yerləri isə “Ferrari” pilotları – ispan Karlos Sayns və monakolu Şarl Lekler tutdular. Buna baxmayaraq, bu nəticə “Ferrari”yə komanda hesabında “McLaren”i keçməyə kifayət etmədi.
Hollandiyalı Maks Ferstappen isə Red Bull ilə ardıcıl dördüncü dəfə dünya çempionu oldu.
Konstruktorlar Kuboku və fərdi nəticələr
“McLaren” mövsümü 666 xalla başa vuraraq Konstruktorlar Kubokunun qalibi oldu. “Ferrari” 652 xalla ikinci, “Red Bull” isə 589 xalla üçüncü pillədə qərarlaşdı. Bu, “McLaren”in Formula 1-də qazandığı 9-cu Konstruktorlar Kubokudur və bu uğur komandaya 1998-ci ildən sonra ilk dəfə nəsib oldu.
Fərdi çempionatda Maks Ferstappen 437 xalla birinci, Lando Norris 374 xalla ikinci, Şarl Lekler isə 356 xalla üçüncü yeri tutdu.
Növbəti mövsüm
2025 mövsümünün ilk mərhələsi 14-16 mart tarixlərində Avstraliyada keçiriləcək.